Yardımlıda “Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur” mövzusunda tədbir keçirilib

Yardımlıda “Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur” mövzusunda tədbir keçirilib
  • Yardımlı / Sosial

  • Yardımlı Rayon Polis Şöbəsində Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur” mövzusunda tədbir təşkil olunub. 

    Asiya.az xəbər verir ki, çıxış edən Yardımlı RPŞ-nin rəisi, polis polkovniki Rauf Babaşov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi düşüb. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Məhz Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi ilə vaxtında atılmış möhkəm dövlətçilik təməlləri sayəsində ölkəmiz bu gün dünyada layiq olduğu mərtəbəyə yüksəlib. Sonra çıxış edənlər də Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolunda bəhs ediblər və qeyd ediblər ki,  Ulu Öndərin bir rəhbər, xalqını sonsuz məhəbbətlə sevən lider kimi gördüyü işlər, titanik fəaliyyəti heç vaxt yaddaşlardan silinməyəcək.



    PAYLAŞ:

    Oxşar xəbərlər