Masallıda 4 saylı Körpələr evi-uşaq bağçasının açılışı oldu – VİDEO/FOTOLAR

Masallıda 4 saylı Körpələr evi-uşaq bağçasının açılışı oldu – VİDEO/FOTOLAR
  • Masallı / Manşet / Sosial

  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubleyi münasibətilə Masallı şəhər 4 saylı Körpələr evi-uşaq bağçasının açılışı mərasimi keçirilib.

    Asiya.az xəbər verir ki, iki mərtəbəli, 140 yerlik müasir uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü, millət vəkili Məşhur Məmmədovun övladları Məntiq Şahbazov və Mədinə Şahbazovanın maliyyə dəstəyi ilə yeni inşa edilib.

    Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Tahir Mirkişili, Məşhur Məmmədov, Musa Qasımlı, Heydər Əliyev Fondunun əməkdaşı Ceyhun Aslanov,  Masallı şəhər 4 saylı Körpələr evi-uşaq bağçasının tərbiyəçisi Rəhimə Şahmirzəyeva və başqaları çıxış ediblər.

    Sonra tədbir iştirakçıları yeni inşa edilən binada yaradılan şəraitlə tanış olublar.

     














    PAYLAŞ:

    Oxşar xəbərlər