1-08-2023, 11:31
879
Astara / Hadisə
Astara rayonunun Çürkəş kəndində oğul atasını öldürüb.DİN-in mətbuat xidmətinin regional qrupundan Asiya.az-a bildirilib ki, 71 yaşlı Əliyev Qubad Cümşüd oğlunun evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu- 46 yaşlı Rəşad hadisə yerindən uzaqlaşıb. Şəxsin tutulması istiqamətində tədbirlər görülür.