Məşhur Məmmədov Masallıda seçiciləri ilə görüşdü – FOTOLAR

Məşhur Məmmədov Masallıda seçiciləri ilə görüşdü – FOTOLAR
  • Masallı / Sosial

  • Millət vəkili Məşhur Məmmədov Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının inzibati binasında seçicilərlə ənənəvi görüş-qəbul keçirib.

     

    Asiya.az xəbər verir ki, qəbulda biri şəhid atası, ikisi qazi olmaqla ümumilikdə 16 seçici iştirak edib.

    Millət vəkilinin köməkçiləri ilə yanaşı qəbulda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də iştirak edib. 

    Qəbulda səslənən problemlərin əksəriyyəti yerində həll edilib, digərlərinin həlli üçün deputat tərəfindən müvafiq tapşırıqlar verilib. 













    PAYLAŞ:

    Oxşar xəbərlər