
Bu əsər Qanun nəşriyyatında çapdan çıxmış və 446 səhifədən ibarət olan bu əsər beş hərfə aid olan sözlərin etimoloji araşdırmalarını əhatə etmişdir.
Müəllif bu əsəri yazarkən yeddi dildə (Azərbaycan, türk, rus, fars, ingilis, alman, fransız) yazılmış ədəbiyyatla yanaşı lüğətdə verilmiş hər bir sözün ən erkən dövrlərdə Azərbaycan dilində işləndiyini sübuta yetirmək üçün Kutadgu Bilig, Kitabi Dədə Qorqud, Nizami Gəncəvi Xəmsəsi Nəsiminin divanı və başqa bu kimi əsərlərə müraciət etmişdir.
Qeyd edək ki, Anar Kərimov 2004-cü ildə filologiya üzrə fəlsəfə doktorluğu, 2010-cu ildə isə filologiya üzrə elmlər doktorluğu dissertasiya işlərini müdafiə etmişdir. Azərbaycan Dilinin Etimoloji Lüğəti professorun sayca on dördüncü kitabıdır.
