"Mənəvi Atam" kitabının təqdimatı oldu - FOTOLAR

"Mənəvi Atam" kitabının təqdimatı oldu - FOTOLAR
  • Mədəniyyət

  • Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı şəhəri Nərimanov rayonu Məktəb Lisey Kompleksinin nəzdindəki Heydər Əliyev Muzeyinin yaradıcısı və direktoru Safura Həsənovanın "Mənəvi Atam" adlı kitabı işıq üzü görüb. 

    Asiya.az xəbər verir ki, dekabrın 7-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında layihə rəhbəri Elnurə İsgəndərova və Aygün Əzizovanın təşkilatçılığı ilə kitabın təqdimat mərasimi keçirilib. 

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.  
    Tədbirin moderatoru, layihə rəhbəri, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova mərasimi açaraq Ulu Öndər Heydər Əliyevin təhsilə, mədəniyyətə verdiyi sonsuz tövhələrdən bəhs etdi. Və kitabın Ulu Öndər Heydər Əliyevin 100 illiyinə dəyərli hədiyyə olduğunu bildirib.
     Sonra sözü kitabın müəllifi Səfurə Həsənovaya verdi. 

    Səfurə xanım qeyd edib ki, mən yazıçı deyiləm, amma bu kitabı ürəyimin səsi ilə yazdım. Siz də bu kitabı Azərbaycanın özü qədər əbədi LİDERİ Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə təkcə mənim yox, ümumilikdə xalqımızın sonsuz sevgisinin nümunəsi, böyük hörmət və ehtiramının ifadəsi kimi qəbul edin. Bu sevgini yazmaq üçün, məncə, heç yazıçı olmağa da ehtiyac yoxdur. Yetər ki, səmimi, xoşniyyətli olasan və yazdıqların o böyük şəxsiy- yətin, dahi Heydər Əliyevin adına layiq olsun !..
    Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev də Qarabağ zəfəri ilə Azərbaycan xalqının ürəyində “Əbədi Prezident” kimi  yer aldı.

    "Mənəvi Atam" kitabının redaktoru Firuzə Nadir, ginekoloq həkim Naibə Həsənova, ümumi cərrah Dilarə Həsənova, müəllim Gülbahar Bağırova, müəllim Təranə Hüseynova, məhşur ginekoloq həkim Xuraman Əlibəyli, Prokurorluğun əməkdaşı Lamiyə Paşayeva, Bakı şəhəri Nərimanov rayonu Məktəb Lisey Kompleksinin təlim - tərbiyə üzrə direktor müavinləri Gülşən Vahidova, Gülər Rəsulova, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Elmi işlər üzrə  direktor müavini Günay Həsənova, AzPress İnformasiya Agentliyinin təsisçi-redaktoru fotojurnalist Rasim Sadıxov, dunyaxeber.org saytının baş redaktoru Dünyaxanım Əliyeva, terapevt həkim Səadət Cəfərova, neyrocərrah Əli Ələkbərov, ilkxeber.org saytının baş redaktoru, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov çıxışlarında kitabın ədəbiyyatımızda, 100 illik ərəfəsində keçirilmiş tədbirlər sırasında xüsusi bir yer tutacağını bildirdilər.

    Səfurə xanım il ərzində fəal fəaliyyətinə görə Beynəlxalq Qalereya tərəfindən diplomla təltif olundu.

    Rəsmi hissənin sonunda xatirə fotoları çəkildi. 

    Tədbirin bədii hissəsi Yeni Oazis restoranında davam etdi.

    Müxbir: Aygün Oqtay
    Fotoqraf: Ramin Qurbanov







































    PAYLAŞ:

    Oxşar xəbərlər