İki ildən çoxdur boş qalan direktor vəzifəsinə TƏYİNAT

İki ildən çoxdur boş qalan direktor vəzifəsinə TƏYİNAT
  • Mədəniyyət

  • Mədəniyyət Nazirliyinin Salyan Dövlət Rəsm Qalereyasına yeni direktor təyin olunub.

    Bu barədə Şirvan-Salyan Regional Mədəniyət İdarəsinin rəisi Şahin Şahbazov əmr imzalayıb.

    Əmrə əsasən, həmin vəzifəyə Kürçaylı Zabil oğlu Məmmədov gətirilib.

    O, bu təyinatadək Salyan Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində çalışıb.

    Qeyd edək ki, Salyan Dövlət Rəsm Qalereyasının bundan əvvəlki direktoru İmanverdi Mustafayev olub. İki ildən çoxdur ki, bu vəzifə boş idi.
    Bildirək ki, K.Məmmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavriat və magistratura pillələrini bitirib. O bir neçə qısametrajlı bədii və sənədli filmlər, etüdlər, televiziya verilişlərinin müəllifi və rejissorudur. 

    Belə ki, onun rejissoru olduğu "Bərə” qısametrajlı filmi 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalında "Münsiflər heyətinin diplomu”na, "Sabahın xeyir, Sübh anası” sənədli filmi isə 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında "Ən yaxşı sənədli film” nominasiyası üzrə qalib gələrək "Qızıl nar”a layiq görülüb, həmçinin "Dağlardakı Qarxun” sənədli filmi isə Türkiyədə keçirilən 5-ci Türk Dünyası Belgesel Film Festivalın laureatı adını alıb. 

    Kürçaylı Məmmədov həm də Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceridir.
    PAYLAŞ:

    Oxşar xəbərlər