Lənkəranda Kitab Bayramı davam edir - VİDEO/FOTO

Lənkəranda Kitab Bayramı davam edir - VİDEO/FOTO
  • Lənkəran / Araşdırma / Mədəniyyət

  • Lənkəran şəhərində tanımış yazarların iştirakı ilə baş tutan I Lənkəran Kitab Sərgisinin bu gün ikinci günüdür.

    Sərgidə kitablarla maraqlananlar, alıcılar çoxluq təşkil edirdi. Asiya.az Xəbər Portalının əməkdaşları da bu gün sərgidə iştirak edib. 

    Ölkənin aparıcı nəşriyyatlarının iştirakı ilə keçirilən sərgi Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində reallaşır.
     

    Kitab sərgisi Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Lənkəran şəhər İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutur.

    Sərgi möhtəşəm proqram və çoxçeşidli kitablarla sabah da qarşınızda olacaq. 12 mart tarixində davam edəcək kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar keçiriləcəyi gözlənilir.


    Cəfər Cəfərov,


    Asiya.az








    PAYLAŞ:

    Oxşar xəbərlər