Lənkəranda II Kitab Sərgisi keçirilir - FOTOLAR

Lənkəranda II Kitab Sərgisi keçirilir - FOTOLAR
  • Mədəniyyət

  • Azərbaycan Nəşriyyatları Assosiasiyası, Gənclər və İdman və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Lənkəranda II Kitab Sərgisi keçirilir.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri Şəmil Sadiq, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəis müavini Dadaş Muxtarlı çıxış ediblər.

    Çıxışlardan sonra Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.
    Sərgi çərçivəsində məşhur yazıçılar oxucularla görüşəcək və öz kitablarını imzalayacaqlar. Bundan başqa, dilçi alim Rafiq İsmayılovun “Oxuyub anlama təhsildə metabacarıq kimi”, təhsil texnoloqu Şəmil Sadiqin “Təhsildə STEAM yanaşması” mövzularında seminarları keçiriləcək.
    Kitab sərgisi Heydər Əliyev Mərkəzində aprelin 7-dək davam edəcək.






    PAYLAŞ:

    Oxşar xəbərlər