Masallıda Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Masallıda Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib
  • Masallı / Mədəniyyət

  • Aprelin 22-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin, Mərkəzi Kitabxananın və Onbirillik İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

    Asiya.az xəbər verir ki, N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, idarə aparatının əməkdaşı Miriş Hüseynov, Masallıda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, mədəniyyət, media nümayəndələri, ziyalılar iştirak ediblər.

    Ümummilli lider Heydər Əliyevin və şəgidlərin əziz xatirəsinin yad olunması ilə başlayan tədbiri giriş sözü ilə N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Sakit Müslümov açıb. S. Müslümov görkəmli bəstəkar Süleyman Ələsgərovun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

    Tədbir Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solistlərinin, həmçinin Onbirillik İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifasında bəstəkarın mahnılarından ibarət musiqilərlə ilə davam edib.












    PAYLAŞ:

    Oxşar xəbərlər