Masallıda “Dahi ömrü” adlı tamaşa-kompozisiya nümayiş etdirdi - FOTOLAR

Masallıda “Dahi ömrü” adlı tamaşa-kompozisiya nümayiş etdirdi - FOTOLAR
  • Masallı / Mədəniyyət

  • Dekabrın 8-də Masallıda “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin xatirəsinə həsr olunmuş növbəti tədbir keçirilib. 

    Asiya.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Masallı Dövlət Regional Kollecinin təşkilatçılığı ilə keçirilən tədbir öncəsi Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzindəki tədbirdə rayon rəsmiləri, mədəniyyət işçiləri, gənclər iştirak ediblər.
    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Dövlət Regional Kollecinin müəllimi Kəmalə İmanova milli dövlətçiliyimizin banisi, müstəqil Azərbaycanın qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xalq qarşısında xilaskarlıq missiyası, misilsiz xidmətləri barədə çıxışlarında bildiriblər ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandamız İlham Əliyevin rəhbərliyilə Azərbaycan bu gün dünyada müasir və inkişaf etmiş dövlətə çevrilib: “Bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyevin vaxtilə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bu gün artıq gerçəkləşib...”

    Sonra Masallı Xalq Teatrının aktyoru Cəmaləddin Əliyevin, rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan və Ruslan Zahidovların, Masallı Dövlət Regional Kolleci tələbələri iştirakı ilə Ulu öndər Heydər Əliyevin şərəfli həyat yoluna həsr olunan “Dahi ömrü” adlı tamaşa-kompozisiya nümayiş etdirilib.
    Fotoqraf: Elsevər Əliyev













    PAYLAŞ:

    Oxşar xəbərlər