Astarada DƏHŞƏT: 8 aylıq körpə oyun meydançasından yıxılaraq öldü

Astarada DƏHŞƏT: 8 aylıq körpə oyun meydançasından yıxılaraq öldü
  • Astara / Hadisə

  • Astarada 8 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.

    Gecə saatlarında Astara rayonun Pensər kənd sakini, 2023-cü il təvəllüdlü İ.H Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

    Nənəsinin sözlərinə görə 8 aylıq körpə evdə uşaq oyun meydançasından (manej) yıxılıb və xəsarət alıb.

    Qohumları körpəni dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

    Xəstəxanadan bildirilib ki, 8 aylıq körpənin həkiməqədər ölüm faktı qeydə alınıb.

    Faktla bağlı araşdırma aparılır.//APA
    PAYLAŞ:

    Oxşar xəbərlər