Masallıda “28 May – Müstəqillik Günü”nə həsr olunmuş Spartakiadanın açılışı oldu - FOTOLAR

Masallıda “28 May – Müstəqillik Günü”nə həsr olunmuş Spartakiadanın açılışı oldu - FOTOLAR
  • Cəlilabad / Yardımlı / Masallı / Lənkəran / Lerik / Astara / İdman / Manşet

  • Masallı Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Masallı Olimpiya Kompleksində “28 May – Müstəqillik Günü”nə həsr olunmuş Spartakiadanın açılış tədbiri baş tutub. 

    Asiya.az xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətin başçısı Araz Əhmədov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və idarənin əməkdaşları, müəssisə, təşkilatların rəhbərləri, idmançılar, gənclər, regionun idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

    Çıxış edənlər ölkəmizdə idmanın inkişafından, idmançılarımızın beynəlxalq arenalarda uğurla təmsil etməsindən danışaraq bunun ölkə rəhbəri cənab Prezident İlham Əliyevin diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğuladılar. Eyni zamanda natiqlər regionun idman həyatında baş verən hadisələrdən, idmançıların həm respublika, həm də beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış etmələrindən bəhs ediblər. 

    Bildirilib ki, Spartakiadada minifutbol, voleybol, sərbəst və yunan-Roma güləşi, stolüstü tennis, atletika, həndbol, boks və ağırlıqqaldırma idman növləri üzrə yarışlar keçiriləcək. 

    Açılış mərasiminin sonunda Cəlilabad rayonunun “Kontakt karate” idman klubunun üzvləri tərəfindən nümuməvi çıxışlar göstərilib, Masallı rayon Mədəniyyət Mərkəzinin “Halay” rəqs qrupunun ifasında rəqs nömrələri tamaşaçılar tərəfindən maraqla izlənilib.

    Tədbirin sonunda may ayının 23-də keçirilmiş idman yarışlarında yer tutan komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif ediliblər.
    Fotomüxbir: Faiq Mirzə 






























    PAYLAŞ:

    Oxşar xəbərlər