Lənkəranda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

Lənkəranda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib
  • Cəlilabad / Yardımlı / Masallı / Lənkəran / Lerik / Astara / İdman / Manşet

  • Lənkəranda, Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə regionu əhatə edən orta və ümumtəhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.

    Asiya.az xəbər verir ki, FHN-in regionda olan struktur bölmələri, Lənkəran–Astara Regional Təhsil İdarəsi və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin əməkdaşlarının izlədiyi zona birinciliyinə regionun 6 məktəb komandası qatılıb.

    Yarışın yekununda Yardımlı şəhər V.Məmmədov adına 2 nömrəli tam orta məktəbin komandası I yerə, Lənkəran şəhər R.Məmmədov adına 5 nömrəli tam orta məktəbin komandası II yerə və Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb.

    Yardımlı şəhər V.Məmmədov adına 2 nömrəli tam orta məktəbin komandası Qəbələ şəhərində keçiriləcək “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.
    Yarışlarda qalıb komandalara kubok və diplomlar təqdim edilib.

    Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və gənc nəsildə hərbi vətənpərvərlik ruhunun aşılanmasından ibarət olub.





    PAYLAŞ:

    Oxşar xəbərlər