Lənkəranda yas yasa qarışdı: Hüzürə aparılan körpəni maşın vurub öldürdü

Lənkəranda yas yasa qarışdı: Hüzürə aparılan körpəni maşın vurub öldürdü
  • Lənkəran / Sosial

  • Lənkəranda yas mərasimindən qayıdan nənə və azyaşlı nəvələrini maşın vurub.

    Asiya.az-ın məlumatına görə, hadisə axşam saatlarında Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.

    Hərəkətdə olan minik avtomobili 2021-ci il təvəllüdlü D.M, 2019-cu il təvəllüdlü U.M və nənələri 1968-ci il təvəllüdlü Mərziyyə Fitat qızı Ağaliyevanı vurub.

    Hər üç yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Üç yaşlı nəvənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

    Həkimlərin səylərinə baxmayaraq, üç yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

    Nənə və beş yaşlı nəvənin müalicəsi davam etdirilir.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər