"Azərişıq"ın işindən çox narazıyıq - Masallı sakinləri ŞİKAYƏT edir - FOTOLAR

"Azərişıq"ın işindən çox narazıyıq - Masallı sakinləri ŞİKAYƏT edir - FOTOLAR
  • Sosial / Araşdırma / Masallı

  • Masallı rayonu Yeyənkənd kənd sakinləri "Azərişıq" ASC-nin fəaliyyətindən ölkə başçısı cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Baş Nazir cənab Əli Əsədova, Energetika Naziri cənab Pərviz Şahbazova, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədova və Masallı Rayon İcra Hakimiyyətinin başcısı cənab Araz Əhmədova ŞİKAYƏT məktubu ünvanlayıblar.
    Bir nüsxəsi Asiya.az Xəbər Portalına daxil olan müraciətləri təqdim edirik: 

    "Masallı rayon Yeyənkənd kənd ərazi sakinləri tərəfindən Şikayət-Ərizəsi 

    Zati-aliləri! 
    Əziz və dəyərli Hörmətli Prezident Cənab İlham Əliyev 
    Hörmətli Birinci Vitse-Prezident dəyərli Mehriban xanım Əliyeva!
    Bilirik ki, siz ölkə yüklü problemlərlə çox məşğulsunuz. Lakin ümid edirik ki, bu məktub sizə şəxsən çatacaq. 
    Biz Masallı rayon Yeyənkənd kənd sakinləri olaraq "Azərişıq" ASC-nin yenidən qurma (sip kabel) işindən çox narazıyıq. Uzun illərdir rayonumuzda yenidənqurma işləri aparılsa da hələ indiyədək Yeyənkənd ərazisinə gəlib çıxmayıblar. Kəndimizdə 1960-cı illərdən bəri yenidənqurma işləri aparılmayıb. Bu səbəbdən "Azərişıq"a aid işıq dirəkləri sıradan çıxıb, elektrik xətləri yararsız vəziyyətdə və kəndin bir çox yerində qəzalı vəziyyətə, yəni "Elektrik cərəyanı" boş tellər dən axır 
    (Sizlərə sübut qismində fotoşəkillər göndəririk)
    Bu da azmış kimi kənd sakinlərinin bir çoxunun evində işıq sayğacları 2006-cı ildə quraşdırılmış sayğaclardır ki, onların nə dərəcədə düzgün çalışdığı məlum deyil. Halbuki ki, bildiyimiz üzrə işıq sayğaclarının istismar müddəti 10 ildir... 
    Biz kənd sakinləri kəndimizdə yenidən qurma işləri aparılması üçün dəfələrlə Masallı rayon elektrik şəbəkəsinin rəisi Samir Hüseynova və digər səlahiyyətli şəxslərə O, cümlədən Niyazi İbadova bu haqda iradımızı və tələbimizi bildirsək də heç bir fayda vermir. 

    Ən yaxşı halda "Azərişıq" əməkdaşları təmir adı altında kəndimizdə məhv olmuş dirəkləri digər kəndlərdən çıxarılan istismara yararsız dirəklərlə əvəzləyirlər. 
    Belə "təmirlər" nəticəsində bir az külək əsən kimi, elektrik enerjisinin verilməsində fasilələr yaranır.

    Cənab prezident, dəyərli Mehriban xanım və hörmətli dövlət rəhbərləri "Azərişıq" ASC-nin Masallı rayon idarəsinin əməkdaşlarına dəfələrlə deyilib ki, Yeyənkənd kənd ərazisinin bəzi məhəllələrində və bir çox evdə Qaz yoxdur. 
    Kənd sakinləri işqla yemək bişirir, çay qaynadır, qış fəslində elektriklə çalışan qızdırıcılarla qızınmağa çalışırlar, lakin yararsız avadanlıqlar ucbatından kəndimizdə tez-tez elektrik enerjisi verilməsi dayandığından sakinlər əziyyət çəkir, evlərində xəstəsi, körpə uşağı olanlar var.
    Bəs bu insanlar nə etsinlər? 
    Meşələrdən dünaymızın ağ ciyərləri sayılan ağaclarımı kəssinlər?
    Axı bu cinayətdir!
    Ulu Öndər Heydər Əliyevin bir sözü var:
    "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır."
    Cənab Prezident Prezidentimiz, Birinci Vitse-Prezident dəyərli Mehriban xanım Əliyeva! Azərbaycan Respublikası ərazisində Masallı rayonunun Yeyənkənd kəndi ərazisinin Elektrik dirəklərinin hələ də müasir dövrə uyğun şəkildə yenilənməməsi Azərbaycan xalqının rifahı, uğrunda apardığınız siyasətə tamamilə ziddir! 
    Cənab Prezident və Birinci-Vitse Prezidenti dəyərli Mehriban xanım Əliyeva!
    Biz kənd sakinlərini aldadan, işlərində məsuliyyətsiz davranan "Azərişıq" ASC nin bəzi məmurları sizin siaysətinizin əksinə "xidmət" edən şəxslərdir. Sizdən vətəndaşlar olaraq çox xahiş edirik, qanun bilməyən kəndimizə "reket" fəaliyyəti göstərərək kənd sakinlərini yaxın zamanlarda (sip kabel) yenidən qurma işləri aparılacaq deyə aldadan, bizi bezdirən "Azərişıq" ASC-nin əməkdaşları barədə qanuna müvafiq ölçü götürülərək haqlarında tədbir görülməsi və mümkün qədər ən qısa zamanda Masallı rayon Yeyənkənd kəndin də (sip kabel) Yenidən qurma işlərinin aparılması üçün adiyyatı üzrə əmr və göstərişlər verəsiniz!"

    Qarşı tərəf olaraq "Azərişıq" ASC-nin mövqeyini dərc etməyə hazırıq. 
    Raci Səfərov,
    Asiya.az 


















    PAYLAŞ:

    Oxşar xəbərlər