Masallıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Masallıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
  • Hadisə / Masallı

  • Masallıda maşın beton hasara çırpılıb, sürücü ölüb.

    Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Masallı rayonunun Öncəqala kəndi ərazisində qeydə alınıb.

    Asiya.az xəbər verir ki, Rəşid Şəmməd oğlu Məmmədov idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili ilə hərəkətdə olarkən, idarəetməni itirib və yol kənarındakı beton hasara çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.
    Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər