Lənkəranda Vətən müharibəsi iştirakçısı işlədiyi yerdə yıxılaraq ölüb

Lənkəranda Vətən müharibəsi iştirakçısı işlədiyi yerdə yıxılaraq ölüb
  • Hadisə / Lənkəran

  • Lənkəranda 31 yaşlı kişi işlədiyi sexdə yıxılaraq ölüb.

    Asiya.az-ın cənub bürosunun verdiyi məlumata görə hadisə Lənkəran rayonunun Bəlləbur kəndində baş verib. Bəlləbur kənd sakini 1993-cü il təvəllüdlü Elgün Rza oğlu Rzazadə işlədiyi sexdə yıxılıb. O, dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Vəziyyəti ağır olan E.Rzazadə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, həyatını itirən Elgün Rzazadə "Vətən müharibəsi" iştirakçısı idi və Şuşa uğurunda gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə göstərdiyi şücaətə görə medalla təltif olunmuşdur.

    Faktla bağlı araşdırma aparılır.



    PAYLAŞ:

    Oxşar xəbərlər