İsrail məscid və kilsəni bombaladı

İsrail məscid və kilsəni bombaladı
  • Sosial

  • İsrail ordusu gecə saatlarında Qəzzanın Cibaliye bölgəsindəki əl-Öməri məscidini hədəfə alıb. Endirilən zərbələrdən sonra məscid tamailə dağılıb. 

    Asiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qəzza Daxili İşlər Nazirliyi İsrailin daha sonra Rum Pravoslav Kilsəsini vurduğunu açıqlayıb.

    Hücumda tarixi kilsəyə ciddi ziyan dəyərkən, kilsənin yaxınlığında yerləşən bir bina da dağılıb. Qüdsdəki Anqlikan Kilsəsinə bağlı Müqəddəs Porfirius Rum Ortodoks Kilsəsi İsrailin bombaladığı Əl-Ehli Baptist Xəstəxanasına təxminən 250 metr məsafədə yerləşir.
     
    Hücuma məruz qalan ərazidə 1000-ə yaxın xristianın yaşadığı, evləri dağılan insanların isə qorunmaq üçün bu kilsə və onun binalarına sığındığı məlum olub. Yüzlərlə insanın sığındığı kilsəyə İsrailin hücumu nəticəsində çox sayda insanın öldüyü və yaralandığı bildirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər