Prezident İlham Əliyev Bakının iki orta məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Asiya.az xəbər verir ki, dövlət başçısı Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 və Səbail rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəblərdə olub.
Prezidentə təhsil ocaqlarında görülən işlər barədə məlumat verilib.