Bakıda polisin restoranda reydi zamanı müştəri özünü 3-cü mərtəbədən atdı

Bakıda polisin restoranda reydi zamanı müştəri özünü 3-cü mərtəbədən atdı
  • Olay

  • Bakının Xəzər rayonunda polis qeyri-qanuni fəaliyyət göstərən restoranda reyd aparan zaman bədbəxt hadisə baş verib.

    Asiya.az
    APA-ya istinadla xəbər verir ki, hadisə Türkan qəsəbəsində qeydə alınıb.

    Bağlar massivində yerləşən üçmərtəbəli iaşə obyektinin ən üst mərtəbəsində yerləşən restoranın xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə qeyri-qanuni olaraq fəaliyyət göstərməsi ilə bağlı məlumat əldə edilib.

    Xəzər Rayon Polis İdarəsinin əməkdaşları həmin iaşə obyektini aşkarlayan zaman restoranda olan müştəri, 1977-ci il təvəllüdlü Tağıyev Azad Cəbrayıl oğlu məsuliyyətdən azad olmaq üçün özünü pəncərədən yerə atıb.

    O, ağır vəziyyətdə - boyun və ayaq sümüklərinin sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər