Məmmədağa Şiriyev – 70

Məmmədağa Şiriyev – 70
  • Cəmiyyət

  • Məmmədağa Məmmədəli oğlu Şiriyev 26 noyabr 1950-ci ildə Azərbaycan SSR Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1969-cu ildə “Ağ məktəb”də - Cəfər Cabbarlı adına Ərkivan kənd orta məktəbində 10-ci sinifi bitirdikdən sonra Azər-baycanda rəhbərliyə yeni gəlmiş və sonralar tarixə xalqımızın Ümummilli Lideri kimi daxil olmuş Heydər Əliyevin istedadlı kasıb balaları üçün yaratdığı münbit şəraitdən faydalanaraq Azərbaycan Dövlət Politexnik İnstitutunun mexanika fakültəsinin “avtomobillərin istismarı” ixtisası üzrə 20 bal toplamaqla daxil olmuşdur.

    1974-cü ildə ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra SSRİ Daxili İşlər Nazirliyinin təyinatına əsasən Özbəkistan SSR DİN sisteminin yol polisi xidmətinə göndərilmişdir. Az müddət ərzində (5 il) sıravi inspektor vəzifəsindən Qaşqadərya Vilayət Daxili İşlər İdarəsinin DYPŞ YPX alayının komandiri vəzifəsinə qədər yüksəlmişdir. 1981-1986-cı illərdə SSRİ DİN Daşkənd Ali Milis Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildə Dağlıq Qarabağ probleminin başlanması ilə əlaqədar olaraq öz ərizəsinə əsasən Azərbaycan SSR DİN sisteminə xidməti vəzifəsini davam etdirmək üçün qayıtmışdır.

    O, sahə inspektoru vəzifəsindən Masallı RPŞ-nin Qərargah rəisi - rəis köməkçisi vəzifəsinədək yüksəlmiş və həmin vəzifədə 10 il işlədikdən sonra 13 dekabr 2005-ci ildə polis “polkovnik-leytenant”ı rütbəsində istefaya çıxmışdır. İşlədiyi müddətdə bir neçə dəfə mükafatlandırılmış, “Milis əlaçısı” döş nişanı (1977), Usta məharət dərəcəsi, “Daxili İşlər orqanlarında qüsursuz xidmətlərə görə“ medalları ilə təltif olunmuş, tutduğu xidməti vəzifə rütbəsindən bir pillə yuxarı ( polkovnik-leytenant) xüsusi rütbəsini mükafat qaydasında (1997) almışdır.

    M.M.Şiriyev 2014-cü ildə Masallı Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanları veteranları Təşkilatının sədri vəzifəsinə seçilmişdir. İşlədiyi dövrdə “Veteran həmrəyliyi ”, “Qələbənin 70 və 75 illiyi “ (2015, 2020), General Həzi Aslanov və Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Təşkilatının yaradılmasının 30 illiyi ( 1988-2018) yubiley medalları ilə təltif edilmişdir.
    YAP Masallı Rayon Təşkilatı və Ağsaqqallar Şurasının üzvüdür.
    Ailəlidir. 5 övladı, 14 nəvəsi vardır. Həyat yoldaşı Şiriyeva Validə Novruz qızı polis veteranıdır, istefada olan polis mayorudur.

    Məmmədağa Şiriyev rayonun ictimai-siyasi həyatında yaxından iştirak edir. Bu fəaliyyətinə görə Masallı Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyəsi ilə mükafatlandırılmış, YAP rayon Təşkilatının Fəxri Fərmanına layiq görülmüşdür.

    O, xalqımızın İkinci Dünya müharibəsi - 1941-1945-ci illər Böyük Vətən Müharibəsindəki qəhrəmanlıq səlnaməsi, həmçinin Birinci Qarabağ müharibəsinə həsr olunmuş “Masallıdan Qələbəyədək” adlı 2 cildlik kitab üzərində işləyir. Kitabın I cildinin çapdan çıxması zaman məsələsidir.

    Azərbaycan Respublikası Silahlı Qüvvələriinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və sərkədrəlik məharəti ilə xalqımızın şərəfli Ordusu mənfur erməni faşistləri ilə Vətən müharibəsi aparır. Şanlı Ordumuz 30 ilə yaxın müddət ərzində işqal altında olan torpaqlarımızı misilsiz rəşadətlə azad edir. Masallı veteranları da mütəmadi olaraq ölkə rəhbərinə məktublarla müraciət edərək onu dəstəklədiklərini bildirirlər.

    M.Şiriyev rayon ərazisində yaşayan Böyük Vətən Müharibəsi iştirakçıları ilə tez-tez əlaqə saxlayır və onlara çoxdan gözlədikləri ümummilli qələbə müjdəsini verərək təbrik edir, onların əhval -ruhiyyəsini yüksəldir.
    O, bütün sahələrdə gənc nəslə vətənpərvərlik nümunəsi göstərir, onlara yaxşı yaşamağın, əsl vətəndaş olmağın sirlərini öyrədir.

    Cari ilin noyabr ayının 26-da Məmmədağa Şiriyevin anadan olmasının 70 ili tamam olacaq. Əlbəttə ki, yaşadığımız günlər həm Vətən Müharibəsi, həm də gözə görünməyən düşmən - “KOVİD-19”la mübarizəyə təsadüf edir. Ona görə də müdrik ağsaqqalı,
    əmək veteranını, vətənpərvər insanı, sədaqətli dostumuzu hələlik sosial şəbəkə vasitəsi ilə təbrik etməyə əlimiz yetir.

    Telefon bağlantısı zamanı dəyərli dostumu təbrik etikdən sonra ona yarızarafat bir sual da verdim: Məmmədağa müəllim, sizin anadan olmağınızın 70 illiyi yaxınlaşır. Nə fikirləşirsiz?”. O, təmkinini pozmadan xoş bir təbəssümlə dedi :

    - “Reallıq budur ki, Vətənimiz üçün həm ən çətin, həm də ən şərəfli dönəmi yaşayırıq. Əminəm ki, mənim 70 yaşım tamam olan günə qədər bizim Şanlı Ordumuz üçrəngli bayrağımızı Şuşada, Xankəndində dalğalandıracaq! Bu iş baş versə, bax onda, bu olacaq yubileylərin yubileyi! İnşallah!

    Qələmə aldığım portret cizgilərinin sonunda Masallı rayon veteranları adından bir saylı veteranımıza, dəyərli dostumuza Ulu Tanrıdan möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, firavan həyat və xoş günlər arzulayıram! Amin Ya Rəbbəl Aləmin!
    70 İLLİK YUBİLEYİN MÜBARƏK, ƏZİZ DOST!
    Xodaşirin Cəbiyev
    Yazıçı-publisist,
    Masallı RVT-nin üzvü.
    02 noyabr 2020-ci il.

    P.S. Biz də “Asiya.az” ailəsi olaraq, Masallı Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanları veteranları Təşkilatının sədri Məmmədağa Şiriyevə uzun ömür, cansağlığı arzu edirik.

    Məmmədağa Şiriyev – 70
    Məmmədağa Şiriyev – 70
    Məmmədağa Şiriyev – 70
    Məmmədağa Şiriyev – 70
    Məmmədağa Şiriyev – 70
    Məmmədağa Şiriyev – 70
    Məmmədağa Şiriyev – 70
    Məmmədağa Şiriyev – 70
    Məmmədağa Şiriyev – 70
    Məmmədağa Şiriyev – 70
    Məmmədağa Şiriyev – 70
    Məmmədağa Şiriyev – 70
    PAYLAŞ:

    Oxşar xəbərlər