Tolerantlıq məkanı Azərbaycan

Tolerantlıq məkanı Azərbaycan
  • Sosial

  • Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma vədialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Azərbaycanın ərazisində üç mühüm dinlərdən zərdüştlüyə (barış və sülh dini), Şimal bölgələrdə xristianlığa (Qafqaz Albaniyası) və VII əsrdənbəri islama ibadət olunur.
    Multikulturalizm və tolerantlıqtarixən azərbaycanlıların həyat tərzi olub.
    Bu gün isə millikimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.
    Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcəxalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm dəyaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqiqaynaqlarda, sənədlərdə yaşayır. Multikulturalizm ingilisdilindən tərcümədə “çoxlu mədəniyyətlər” deməkdir. Multikulturalizm ayrıca götürülmüş ölkədə və bütövlükdədünyada müxtəlif millətlərə və dinlərə məxsus insanlarınmədəni müxtəlifliklərinin qorunması, inkişafı vəharmonizasiyasına, azsaylı xalqların dövlətlərinin millimədəniyyətinə inteqrasiyasına yönəldilmişdir.
    Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalqsəviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanınmüxtəlif ölkələrini, dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirilmişdir.
    Bunu Azərbaycanın beynəlxalq aləmdətanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar.
    2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

    Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-ninDünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır. Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli vədini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır.
    2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıdakeçirilməsi barədə qərar qəbul edilmişdir.
    2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir.
    Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfessiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər.
    BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsiölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir.
    Azərbaycandakı tolerantlıq mühitinin inkişafına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də öz səlahiyyətləriçərçivəsində layiqli töhfələr verir.
    Respublikada dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən, dini qurumlarla bağlı qanunvericiliyə riayət olunmasına nəzarətihəyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi komitənin fəaliyyəti sağlam dini mühitin qorunub saxlanılmasından ibarətdir.
    Bununla yanaşı əsas vəzifələrindən biri dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasıolan Komitə fəaliyyəti ilə dini konfessiyalar arasında əlaqələrində dərinləşməsinə, qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsinə fəal dəstək verir.
    Nəticə etibarı ilə bu fəaliyyət mövcud tolerantlıq mühitinin daha da təkmilləşdirilməsinə xidmət edir.
    Azərbaycanda bütün millətlərin mehriban və bir-birlərinin adət-ənənələrinə hörmət ruhunda yaşaması həm tarixən, həm də bugün malik olduğumuz ən böyük mənəvi dəyərlərdən biridir.
    Budəyər həm də ölkəmizin inkişafının və ictimai-siyasi sabitliyinin mühüm şərtləri sırasında yer alır.
    Azərbaycandakı tolerantlıq mühiti bundan sonra daha da möhkəmlənəcək və ölkəmizin yüksəlişinə özünün layiqli töhfəsini verəcək.

    Əliağa Mustafayev,
    Salyan Poçt filialının direktoru
    PAYLAŞ:

    Oxşar xəbərlər