"Taliban" Əfqanıstanda "intihar batalyonu" yaradıb

"Taliban" Əfqanıstanda "intihar batalyonu" yaradıb
  • Siyasət

  • "Taliban" hərəkatı Əfqanıstanın Çin və Tacikistanla dövlət sərhədlərini qorumaq üçün intiharçılardan ibarət xüsusi batalyon yaradıb.

    Asiya.az
    xəbər verir ki, bunu Bədəxşan əyalətinin qubernator müavini Molla Nisar Əhmədi deyib.

    "Lashkar-e Mansur" adlı intihar batalyonuna daxil olan silahllılar əvvəlki hökumətin silahlı qüvvələrinə, eləcə də Vaşinqtonun başçılıq etdiyi beynəlxalq koalisiyanın hərbçilərinə qarşı terror hücumlarında iştirak ediblər.

    "Bu batalyon olmasaydı, ABŞ -ı məğlub etmək mümkün olmazdı. Bu döyüşçülər xüsusi partlayıcı qurşaq kəmərləri taxaraq Əfqanıstandakı Amerika bazalarını partladıblar", - qubernator müavini əlavə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər