29 yaşlı azərbaycanlı Xarkov meri uğrunda keçiriləcək seçkilərdə iştirak edəcək - FOTO

29 yaşlı azərbaycanlı Xarkov meri uğrunda keçiriləcək seçkilərdə iştirak edəcək - FOTO
  • Siyasət

  • Ukraynanın ikinci böyük şəhəri olan Xarkov meri uğrunda keçiriləcək seçkilərdə soydaşımız da mübarizə aparacaq.

    Asiya.az
    AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 30-da şəhər meri uğrunda keçiriləcək seçkilərdə Mustafayeva Alina Elman qızının da namizədliyi qeydə alınıb. 29 yaşlı Alina Mustafayeva 2019-cu ildə Karazin adına Xarkov Milli Universitetinin tibb fakültəsini bitirib. Xarkovda fəal ictimai-siyasi xadim kimi tanınır. 2020-ci ildə hakim "Xalqın xidmətçisi” partiyasından Xarkov şəhər Şurasının deputatıdır.

    Xarkov merinə seçkilərdə namizədlərin qeydiyyatı sentyabrın 30-da başa çatıb. 13 nəfərin namizədliyi qeydə alınıb. Oktyabrın 8-də Mərkəzi Seçki Komissiyası namizədləri rəsmi elan edəcək.

    Onu da qeyd edək ki, soydaşımız qeydə alınan namizədlər arasında yeganə qadın namizəddir.
    29 yaşlı azərbaycanlı Xarkov meri uğrunda keçiriləcək seçkilərdə iştirak edəcək - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər