Masallıda iki şəhidə anım mərasimi keçirildi - FOTOLAR

Masallıda iki şəhidə anım mərasimi keçirildi - FOTOLAR
  • Sosial / Manşet

  • Masallı rayonunda 44 günlük Vətən Müharibəsi şəhidləri - Ziya Gözəlov və Niyaməddin Sultanzadənin il mərasimi təşkil edilib.

    Asiya.az xəbər verir ki, il mərasimlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları - Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı  Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak ediblər.

    İcra başçısı Şahin Məmmədov hər iki anım tədbirində çıxış edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Ziya və Niyaməddin kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, heç kim şəhidlərin ruhunu incidə bilməz. Ziya və Niyaməddin kimi oğullar bizə əyilən vüqarımızı, qürurumuzu qaytarıb. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin…

    Anım mərasimində çıxış edən millət vəkili Məşhur Məmmədov nitqində demişdir: “200 il idi ki, torpaqlarımızı itirə-itirə gəlirdik. Ali Baş Komandanımızın, əsgər və zabitlərimizin birgə səyi nəticəsində ləyaqətimiz qayıtdı, əyilən belimiz dikəldi. Torpaqlarımızı 30 il tapdaq altında saxladılar, xalqımızın başına işgəncələr açdılar. Nəticədə 1 milyon əhalimiz öz ata-baba yurdlarından didərgin düşmüşdülər. Keçən il Zəfər Qələbəsi qazandıq. Dahi Heydər Əliyevin siyasi varisi, ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyev xalqa Qələbənin sevincini yaşatdı.

    Bu gün onun rəhbərliyi altında Azərbaycan ordusuna, anım mərasiminə gəldiyimiz həmin ordunun əsgərlərinə borcluyuq. Şəhidlərimiz qəhrəmanlıq səlnaməsi yazdılar. Onlar hər zaman qəlblərimizdə yaşayacaqlar.

     

    Milli Məclisin deputatı Anar İsgəndərov çıxış edərək bildirmişdir ki,  “Bildiyiniz kimi ölkə başçımız bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İstanbulda keçirilən VIII Zirvə görüşündə Türk Dünyasının Ali Ordeninə layiq görülmüşdür. Bu orden Azərbaycan Prezidentinə Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə verilmişdir. Dahi rəhbərin siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir ki, bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir.

     

    Şəhidlər kitablara yazılacaq, dərsliklərə salınacaq. Şairlər öz şeirlərini sevinc hissləri ilə yazmalıdırlar. Şəhidlər heç vaxtı unudulmayacaqlar. Həyat belə davam edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yerləri behişt olsun...” - deyən millət vəkili çıxışını yekunlaşdırıb.

     

    İl mərasimində Qafqaz Müsəlmanları İdarəsinin qazısı hacı Ağarəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndələri hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub ölkəmizə, millətimizə dualar etmişlər.

     

    Çıxışlarda şəhid barədə xatirələr danışılıb, onların heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilib.

    Şəhid ailələri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallının rayonunun icra başçısına, millət vəkillərinə dərin minnətdarlıqlarını bildiriblər.











    PAYLAŞ:

    Oxşar xəbərlər