Xudaqulu Rzayev – 60

Xudaqulu Rzayev – 60
  • Cəmiyyət

  • Minera şirkətlər qrupunu prezidenti Xudaqulu Rzayev yubiley yaşını qeyd edir.


    Uğurlu iş adamı olmaqla yanaşı, ölkədə xeyriyyəçi kimi də tanınan Xudaqulu Rzayevin 60 yaşı tamam olur.

    Onun işgüzar fəaliyyətinə ehtiyaclı, yardıma möhtac qalan insanlara əl tutmaq kimi bir missiya da düşüb. O, uzun illərdir ki, bu xeyriyyəçilik missiyasını layiqincə çiyinləində daşıyır.

     
    Xeyriyyəçilik artıq Xudaqulu Rzayevin həyat devizinə çevrilib. O, sahibkarlıq fəaliyyəti ilə yanaşı hər zaman xalqın yanında olaraq, onların sosial problemləri ilə maraqlanır, həlli yollarında öz köməyini əsirgəmir.

    Xudaqulu müəllim xüsusi Karonavirus pandemiyası və Vətən müharibəsi dönəmində öz fəallığı ilə seçildi.

    Şəhid ailələri və qazilərlə görüşərək, onlara maddimənəvi dayaq olması onun əsil vətəndaş, patriot olmasını bir daha göstərdi.


    Asiya.az xəbər verir ki, Xudaqulu Əhəd oğlu Rzayev 30 yanvar 1962-ci ildə Ordubad rayonunun Behrud kəndində anadan olub. Leninqrad Politexnik İnstitutunun “Maşınqayırma və texnologiya fakultəsi”-ni və Bakı Dövlət Universitetinin “Hüquq” fakultəsinin məzunu olub. Sank-Peterburq şəhərində Avrora EİB-də usta, növbə rəisi, daha sonra “20-ci parallel” müəssisəsində kommersiya direktoru vəzifələrində çalışıb.

    1994-1996-cı illərdə “Şumer” firmasında Kommersiya direktoru vəzifəsini icra edib.

    1996-cı ildə “İlandağ-SA”, 2007-ci ildə “Bəytaş-Bakı”, 2010-cu ildə “Dəniz uşaq baxçası”, 2011-ci ildə “Evrika liseyi”, 2017-ci ildə “İntelekt-RX” MMC müəssisələrini təsis edib.

    2012-ci ildə Xudaqulu Rzayev firmaların fəaliyyətlərini ümumiləşdirərək “Minera”MMC şirkətini təsis edib.

    Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

    “Asiya.az” xəbər portalı olaraq qayğıkeş ailə başçısı, yüksək mənəvi dəyərlərə sahib olan insan, nüfuzlu iş adamı, xeyriyyəçi – Xudaqulu Rzayevi doğum günü münasibəti ilə təbrik edir, ömrünün uzun, canının sağlam olmasını arzu edirik.

    PAYLAŞ:

    Oxşar xəbərlər