Səfər Mehdiyevin həbs etdirdiyi polkovnik-leytenant aclığa başladı - ANASINDAN ÇAĞIRIŞ

Səfər Mehdiyevin həbs etdirdiyi polkovnik-leytenant aclığa başladı - ANASINDAN ÇAĞIRIŞ
  • Araşdırma / Cəmiyyət

  • Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin sifarişi ilə həbs edildiyini deyən qurumun keçmiş əməkdaşı Natiq İmanov həbsxanada aclıq aksiyasına başlayıb.

    Bu barədə Asiya.az-a onun anası Aygün İmanova məlumat verib. Məhbus anasının sözlərinə görə, oğlu artıq 4 gündür ki, aclıq edir: “Ancaq Pentensiar Xidmətdən kimsə indiyə qədər onun səhhəti ilə maraqlanmayıb. Onun vəziyyəti ağırlaşsa, buna cavabdeh qurum məsuliyyət daşıyacaq. Mən bir ana kimi oğlumin haqsız yerə həbs, edilməsinə etirazımı bildirirəm”.

    A. İmanova qeyd edib ki, oğlu bu addımı atmasına məcbur qalıb: “Natiq özünü tam təqsirsiz sayır, sifarişlə həbs olunduğunu bildirir. Bundan əlavə də, himayəmdə iki azyaşlı uşaq olmasına baxmayaraq, Sahib Babayev işsiz qoyub”.

    Məhbus anası Prezident İlham Əliyevə, I vitse prezident Mehriban Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmə sədri Ramiz Rzayevə müraciətində oğlunun işinə ədalətli baxılmasını, o cümlədən həbsdə aclıq aksiyası keçirməsi ilə əlaqədar vəziyyəti ilə maraqlanmalarını xahiş edir:

    “Hazırda oğlumun çəkdiyi həbsin 3/2 zamanı çatıb. Yaxın günlərdə məhkəməsi keçiriləcək. İndiyə qədər məhkəmələrdən ədalət görmədiyi üçün aclıq aksiyasına başlayır. Mən bir ana kimi üzümü dövlət rəhbərliyinə tuturam, səsimə səs verin, oğlunun həbsdə keçirdiyi aclığa görə həyatının təhlükəyə düşməsinə imkan verməyin”.

    Qeyd edək ki, Natiq İmanov Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı olub.

    PAYLAŞ:

    Oxşar xəbərlər