Dövlətlərarası münasibətlərdə aysberqin zirvəsi

Dövlətlərarası münasibətlərdə aysberqin zirvəsi
  • Siyasət

  • 23 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya  Federasiyasına  rəsmi səfəri çərçivəsində  TASS agentliyində  Rusiyanın  aparıc ı kütləvi  informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Prezident  İlham Əliyev  görüş  zamanı verilən sualları əhatəli şəkildə cavablandırmış, həmçinin,  ölkəmizin həyata keçirdiyi xarici siyasət, Rusiya-Azərbaycan arasında imzalanmış müttəfiqlik Bəyannaməsinin əhəmiyyətini  şərh etmişdir.  Prezident İlham Əliyev Rusiyanın aparıcı media rəhbərləri ilə görüşmək imkanı yaratdığına görə TASS rəhbərliyinə  təşəkkürünü bildirmişdir.  Cənab İlham Əliyev TASS-da həmişə mövcud olan sərbəstlik  şəraitini, fikir mübadiləsi aparmaq və bəzən rəsmi bəyanatların çərçivəsindən kənarda olan müəyyən  məsələləri  aydınlaşdırmaq  imkanını xüsusi qeyd etmişdir. Azərbaycanın  dövlət  başçısı  qeyd edib ki, imzalanmış Bəyannamə uzun illər boyu aparılmış çox ciddi  işin nəticəsidir.  Rusiya ilə Azərbaycan  arasında münasibətlərin xarakteri uzun illər boyu müttəfiqlərin  münasibətlərinin  bütün  parametrlərinə cavab verirdi. Buna görə də, ölkəmizin başçısı Rusiya ilə Azərbaycan arasında Bəyannamənin  imzalanmasını bu iki ölkənin  gələcək qarşılıqlı əlaqələri üçün, müsbət  regional inkişaf üçün böyük perspektivlər açdığını vurğulamışdır. Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında münasibətlərin indiki  formatını  ali format  kimi xarakterizə edən Cənab Prezident  dövlətlərarası  münasibətlərdə bunun  aysberqin zirvəsi adlandırdıqlarını  demişdir.” Rusiya və  Azərbaycan tərəfindən müxtəlif istiqamətlər – ticari-iqtisadi,  nəqliyyat,  humanitar  fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir. Yəni,  münasibətlər  o dərəcədə  şaxələndirilib ki, bizim hansı sahələrdə əməkdaşlıq  etməyimizi  müəyyənləşdirməkdənsə,  hansı sahələrdə əməkdaşlıq  etmədiyimizi  göstərmək və ya söyləmək daha asandır. Əlbəttə, hesab edirəm ki,  bizim iki qonşu ölkə üçün bu səviyyəni qarşılıqlı  müttəfiqlik səviyyəsi kimi müəyyən etmək böyük nailiyyətdir və əlbəttə, böyük məsuliyyətdir. Biz gələcəkdə də həmişə bu yüksək səviyyəyə uyğun olmalıyıq.”- Prezident demişdir. Ölkə başçımız onu da qeyd etmişdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur: “Bütün dünyaya məlumdur ki, KTMT-da aparıcı rol Rusiyaya məxsusdur. Azərbaycanın isə bu təşkilatda Ermənistan istisna olmaqla, digər üzv dövlətlərlə yüksək münasibətləri var. Hər hansı beynəlxalq  təşkilata  üzvlük məsələsinə milli maraqlarımız  kontekstində baxılır . Bu, yaxın vaxtlarda MDB məkanında nümayiş etdirildi və hətta Qazaxıstan hadisələrindən əvvəl də hamıya aydın idi. Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə 43 bənddən 2-si – 6-cı və 16-cı bəndlər, – zəruri hallarda  hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir. Mənim fikrimcə bu, tamamilə kifayətdir. Axı aydındır ki, KTMT-ni KTMT edən Rusiyanın orada olmasıdır. Əgər Rusiya KTMT-də olmasa, KTMT heç kəsin yadına düşməz”, – deyə dövlət  başçısı bildirib. ”Prezident İlham Əliyev vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində  bir addım artıq atılıb. Prezident İlham Əliyev görüş zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən işlər haqqında da ətraflı məlumat verib. Bərpa-quruculuq işləri ilə bağlı dövlət  büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.  Amma ərazilərin  minalanması işləri xeyli ləngidir. Müharibənin başa çatmasından  indiyədək  minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur.  Ölkəmizə təqdim olunmuş xəritələrin  dəqiqliyi 25 faiz təşkil edir.  Gerçək xəritələrin Azərbaycana təqdim edilməməsi  beynəlxalq  humanitar  hüququn pozulması deməkdir. “ Biz özünəyetərli iqtisadiyyat  yaratmağa və istər beynəlxalq maliyyə  təsisatlarından, istərsə də hər hansı başqa maliyyə mədaxilindən  asılı olmamağ ı bacarmışıq”- Prezident bu fikri vurğulamışdır .  Gələcək üçün planlardan danışan Prezident  bildirib  :   “ Hər şey plan üzrə yerinə yetiriləcək, heç bir qarma-qarışıqlıq olmayacaq" .

    Tofiq Əsgərov - Masallı rayon Təhsil şöbəsinin əməkdaşı.
    PAYLAŞ:

    Oxşar xəbərlər