84 yaşını qeyd edən Anar: "Allah ömür versə, 34 il də burdayam"

84 yaşını qeyd edən Anar: "Allah ömür versə, 34 il də burdayam"
  • Cəmiyyət

  • Bu gün Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri 84 yaşı tamam olur.

    Asiya.az
    Ölkə.Az-a istinadən Xalq yazıçısı ilə müsahibəni təqdim edir:

    - Salam, Anar bəy, necəsiniz?

    - Əleyküməssalam. Əlayam.

    - Bir neçə gün əvvəl dostunuz Rüstəm İbrahimbəyovu itirdiniz...

    - Yaxın dostumu itirmişəm. Səhhətim yaxşıdır, amma əlbəttə ki, dost itkisi adama təsir edir. Doğum günümü buna görə qeyd etməyəcəyəm. Rüstəm haqqına da yazı yazmışam.

    - Bu yaşınızda özünüzə nə arzulayırsınız? Yazıçı Anar üçün ən böyük hədiyyə nə olardı?
    - Haqqımda yalan yazmasınlar, böhtan atmasınlar.

    - Bu vaxta qədər sizə verilən ən qiymətli hədiyyə nə olub?

    -Vallah, mən hədiyyələrə heç bir qiymət vermirəm. Kim təbrik edirsə, sağ olsun.

    - Uzun illərdir AYB-də sədr vəzifəsini icra edirsiniz. Zaman-zaman ünvanınıza buna görə tənqidlər səsləndirilir. Bu tənqidlərə necə yanaşırsınız, sədrlikdən getmək fikriniz varmı?
    - 34 ildir AYB-də çalışıram. Allah ömür versə, 34 il də işləyəcəyəm. Hələlik getmək fikrim yoxdur.

    - Bildiyiniz kimi, 20 günə yaxındır Rusiya-Ukrayna müharibəsi gedir
    (sualımı tamamlamağa icazə vermir)...
    - Mənim əsas istəyim budur ki, müharibə olmasın. Çox sağ olun!
    PAYLAŞ:

    Oxşar xəbərlər