ADİU-da Arzu Bağırova ilə görüş keçirilib - FOTO

ADİU-da Arzu Bağırova ilə görüş keçirilib - FOTO
  • Manşet / Cəmiyyət

  • Dünyanın ən nüfuzlu universitetləri sırasında yer alan Azərbaycan Dövlət İqtisad Universitetində Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova ilə görüş keçirilib.

    Asiya.az
    xəbər verir ki, Gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi mövzusunda keçirilən görüşdə, Tələblərlə iş üzrə prorektor Səadət Qəndilova, Mühəndislik fakültəsinin dekanı
    texnika elmləri üzrə fəlsəfə doktoru, dossent Elçin Səmədov iştirak ediblər.

    Tədbiri giriş sözü ilə Mühəndislik fakültəsinin dekanı Elçin müəllim açaraq, tələbələrə 44 günlük Vətən müharibəsində qalibiyyətindən bəhs edib.

    Prorektor Səadət Qəndilova çıxış edərək, Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi ruh yüksəkliyindən, qətiyyət və əzmkarlığından, yüksək mənəvi hazırlığından söz açıb. 

    Sonra çıxış edən təşkilat sədri Arzu Bağırova iştirakçıları şanlı qələbə münasibətilə təbrik edərək, Zəfər Gününü Azərbaycan tarixinin ən parlaq səhifəsi adlandırıb. Bu zəfərin Ulu Öndər Heydər Əliyev strategiyasının, onun layiqli davamçısı Ali Baş komandan cənab İlham Əliyevin uğurlu strategiyasının, qüdrətli Azərbaycan ordusunun, eləcə də ölkənin iqtisadi inkişafının Zəfəri olduğunu deyib. Tələbələrə ən birinci vətənpərvər olmağı, daha sonra yerində saymamağı, yüksək texnologiyalar sahəsində bilik bacarıqlara yüksək şəkildə yiyələnməyi tövsiyə edib.

    Sonda Arzu Bağırova tələbələrə öz ixtisasları üzrə mütəxəssis kimi yetişməyin vacib olduğunu vurğulayıb.

    Tədbirdən sonra Arzu Bağırova ADİU-nun yeni binasında fəaliyyət göstərən kitabxana ilə tanış olub,  kitabxanaya və tələbələrə vətənpərvərlik və müxtəlif özünü inkişaf yönümlü kitablar hədiyyə edib.


    PAYLAŞ:

    Oxşar xəbərlər