Asiya.az məlumat verir ki, istənilən dövlətə aid tibb ocağına baş çəkməklə bu mənzərəni görmək mümkündür. İstər şəhər sakinləri, istər bölgələrdən paytaxta gələnlər icbari tibbi sığortadan istifadə edə bilmirlər. Bütün bunları Zaur Əliyev də yaxşı bilir, bilir ki, bu sahədə vəziyyət nə yerdədir, onu da bilir ki, bu müddətdə heç bir uğura imza atmayıb və nəticə yoxdur. Ona görə Agentliyin sədrinin fəaliyyəti tam fiaskodur və Prezidentin etimadını doğrulda bilməyib. Əslində, onun işindən kənarlaşdırılıb bu sahədə real addımları atacaq kadr gətirilməlidir. Çünki tibbi sığortanın tətbiqi haqda deyilən rəsmi məlumatlar hamısı ağ yalan və gözə kül üfürməkdən ibarətdir. Bu da ondan xəbər verir ki, Zaur Əliyev prezidentə yalan danışır. Agentliyin rəhbəri Zaur Əliyev həm də yarıtmaz, bərbad, bacarıqsız menecmentliyinə görə istefa ərizəsini yazmalıydı. Ona görə ki TƏBİB-in uğursuzluqlarının başında da Z.Əliyev dayanır.
Əgər TƏBİB pandemiya ilə mübarizədə üz-gözünə bulaşdırdısa, Agentlik də tibbi sığortanın təşkilində eyni dərəcədə biabırçılığa imza atıb. Vətəndaşlar tibbi sığortanın imkanlarından faydalana bilmirlər, yenə ağxalatlıların cibinə pul basmaq, yenə “hörmət” qüvvədədir. O zaman tibbi sığorta kimlər üçün tətbiq olunub? Bundan kim yararlana bilir? Z.Əliyev ayrılan vəsaitləri hara xərcləyir? Əgər vətəndaş həkimə yenə pul verirsə, xəstəxananın girişində qoyulan qeydiyyat yerində iki nümayəndə formal olaraq pasientlərin ad-soyadını sistemə salıb yola verirsə, bunun harası tibbi sığorta oldu?
Baş nazirin müavini Əli Əhmədov bildirmişdi ki, Agentliyin maliyyələşməsinin əsas yükü büdcənin üzərinə düşəcək. İndi vətəndaşlar bu imkandan istifadə edə bilmirsə, yenə həkimə rüşvət verilirsə, onda büdcə pulları hara axır, bu, talan, korrupsiya deyilmi?/Tia.az