Bunu Pravda.az-a “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu deyib.
“Niyə hər kəs İrana, Tükiyəyə gedir? Çünki Milli Onkologiya Mərkəzinə bir dəfə gedən insan ikinci dəfə ora ayaq basmır. Hətta xərclədikləri pulu da Azərbaycana qoymurlar. Burada dəhşətli münasibəti görüb, ikinci dəfə müraciət etmək istəmirlər. Bunu yüzlərlə insanın adından ictimailəşdirirəm. Bir dəfə Onkologiyaya gedirsən, orda dayanan insanların əhvalını görürsən, adam dəhşətə gəlir. Daha ora getmək istəmirsən. Hamı növbədə, əsəbi, gərgin… Həkimlərin hamısını nəzərdə tutmuram. Əlbəttə, orda vicdanlı həkimlər, qayğı göstərməyə çalışan, sistemi içəridən dəyişmək istəyən insanlar da var. Amma nə olsun? Dəyişə bilmirlər. Çünki onlar sadəcə həkimdirlər. Görünən dağa nə bələdçi? Hamısı göz qabağındadır. Məgər səhiyyə sistemi, Səhiyyə Nazirliyi və ya səhiyyənin başında dayananlar bunu görmürlər? Əlbəttə, görürlər, sadəcə müdaxilə edə bilmirlər. Əgər nəyisə dəyişə bilmirlərsə, onda daha keyfiyyətli, insanların qayğısına qalan bir mərkəz yaratmalıdırlar. Ordakı vətəndaşlar bizim vətəndaşlarımızdır. Xəstələr bizim xəstələrimizdir. Onları bizim hökumət müayinə etməli, qayğısına qalmalıdır. Axı belə ola bilməz. Ölkədə niyə süni narazılıq yaradılmalıdır?”, – Xuduoğlu bildirib