Masallıda suvarma işləri davam etdirilir

Masallıda suvarma işləri davam etdirilir
  • Sosial

  • Viləşçay Su Anbarı İstismarı İdarəsinin kollektivi çəltik yetişdirən fermerlərə yaxından kömək göstərir.

    Asiya.az
    xəbər verir ki, İdarənin mexanizatorları səylərini birləşdirərək, mövsümü uğurla başa çatdırmağa çalışırlar. Hazırda əsas diqqət sahələrin suvarılmasına yetirilir.

    Boradigah qəsəbə, Mahmudavar, Sərçuvar kəndi ərazilərində çəltik sahələrinin suvarılması diqqər mərkəzindədir.

    Ərəb və Həsənli kəndlərində isə çaylar lildən təmizlənir, su itkisinin qarşısının alınması üçün tədbirlər həyata keçirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər