Qənirə Paşayeva ictimai fəal xanımlarla birgə qədim Basqalda - FOTOLAR

Qənirə Paşayeva ictimai fəal xanımlarla birgə qədim Basqalda - FOTOLAR
  • Sosial

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bir qrup ictimai fəal xanımla birgə qədim Basqal qəsəbəsini ziyarət edib.

    Yalnız İsmayıllının, Şirvan bölgəsinin və hətta yalnız ölkəmizin deyil, ümumən Böyük Qafqazın qədim kəndlərindən biri olan Basqalı ziyarətdən dərin məmnunluğunu bildirən Komitə sədri turistlərə çağırış edib:

    "Mənim çağırışım yalnız daxili turizm agentliklərinə, vətəndaşlarımıza yox, Dünya Azərbaycanlılarına, Türk dünyasından olan bütün könul dostlarımadır. Gələcək səfər proqramlarınızı Basqala planlaşdırmanızı tövsiyyə edərdim. Gəlin Böyük Qafqazın incisi ilə tanış olun. Böyük zövq alacaqsız. İlin hər fəslində gəlişiniz, istirahətiniz və gözəlliklərdən zövq almanız üçün burada uyğun infrastruktur yaradılır. Basqala gəlişiniz Azərbaycan mədəni irsini bir kəndin timsalında görməyinizə, etnoqrafik yaddaşın təcallasna şahid olmağınıza imkan yaradacaq. Böyük şəhərlərin öz aləmi, kəndlərinsə bir başqa aləmi, aurası var. Sizlər burada doğmalığı, ortaqlıq və perspektivi bir arada görəcəksiz. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Basqalın tarixi siması qorunmaqla yanaşı, burada modern standartlara, çağırış və tələblərə cavab verən şərait yaradılmaqdadır".  

    Təəssüratlarını bölüşən Q.Pasayeva əlavə edib: "Ayrıca, biz gördük ki, Basqalın dəyərli sakinləri üçün daha yaxşı həyat, iş və istirahət şəraiti yaradılır. Artıq önəmli işlər gorülub, təməllər atılıb və heç şübhəsiz, növbəti il Basqal daha da inkişaf etmiş, daha da cazibədar olacaqdır. Qədim və çağdaş, qonaqpərvər, gülərüz Basqalın ən yaxın aylardan etibarən yeni turist dalğası ilə qarşılaşacağına şübhə etmirəm. Prezident İlham Əliyevin və Birinci xanım Mehriban xanım Əliyevanın ötən ayın 12-də Basqala səfəri unudulmaz hadisəyə çevrilib, Basqallılar o səfərdən qürurla söz açır. Biz də öz növbəmizdə ölkəmizin ali rəhbərliyinə Azərbaycanımızı qarış-qarış gəzərək, sevərək, öyrədərək qurub yaratdıqları üçün minnətdarlığımızı bildirir, gözəl və qədim Basqalımıza  daha gözəl günlər, Basqalın gülərüz sakinlərinə xoşbəxtlik diləyirik".

    Ziyarətdə "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova, şəxsi inkişaf üzrə mütəxəssis Rəna Əmirəliyeva və b. iştirak edib.









    PAYLAŞ:

    Oxşar xəbərlər