Qərb küləyi əsəcək, sürəti saniyədə arabir 15-20 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 25-30 metrədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında da sentyabrın 14-ü gündüzdən 15-i gündüzədək havanın dəyişkən buludlu olacağı, şimal-qərb küləyinin maksimal sürətinin arabir 23-28 metr/saniyəyə çatacağı gözlənilir. Sentyabrın 15-də havanın maksimal temperaturu 22-25° isti olacaq.
Həftə sonlarında yenidən hava şəraitinin sabitləşəcəyi, yağmursuz olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.