Valideynlərin NƏZƏRİNƏ: Bugündən bağçalara uşaqların qəbulu sistemi işləməyəcək

Valideynlərin NƏZƏRİNƏ: Bugündən bağçalara uşaqların qəbulu sistemi işləməyəcək
  • Sosial

  • Məktəbəqədər təhsil müəssisələrində qrupların komplektasiyası ilə bağlı bq.edu.az üzərindən müvəqqəti olaraq növbə yaratmaq mümkün olmayacaq.

    Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
    Bildirilib ki, bu proses 15-22 sentyabr tarixlərində davam edəcək.

    22 sentyabrdan isə qəbul sistemi yenidən aktivləşəcək və ilboyu fəaliyyət göstərəcək.

    Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesi 22 iyul 2022-ci il tarixindən mərhələli şəkildə həyata keçirilir. Hazırda ölkə üzrə məktəbəqədər təhsil müəssisələri üçün 18 828 sorğu və 28 185 növbə yerləşdirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər