Deputatdan təklif: “Evin tək uşaqları cəbhəyə göndərilməsinlər”

Deputatdan təklif: “Evin tək uşaqları cəbhəyə göndərilməsinlər”
  • ---

  • "Azərbaycanda təkuşaqlı ailələrdəki oğlanlar müharibəyə göndərilməməlidir”.

    Asiya.az
    -ın Oxu.Az-a istinadən verdiyi məlumatına əsasən, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2023-cü ilin büdcə sənədlərinin müzakirəsi zamanı deyib.

    "Onsuz da Azərbaycanda ailələrdə uşaqların sayı ildən-ilə azalır. Ona görə də, təkuşaqlı ailələrdəki oğlanları döyüşlərə, cəbhəyə aparmaq lazım deyil. Vətən müharibəsində bəziləri aparıldı, amma bu, düzgün deyildi”, - deyə Sabir Rüstəmxanlı əlavə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər