DSX-nin Akademiyasının binası yandı - Elçin Quliyev hadisə yerinə gəldi

DSX-nin Akademiyasının binası yandı - Elçin Quliyev hadisə yerinə gəldi
  • Manşet / Olay

  • Dekabr ayının 6-da saat 16:40-da Dövlət Sərhəd Xidməti Akademiyasının əsas korpusunda yanğın hadisəsi baş verib.

    Asiya.az Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülmüş, Fövqəladə Hallar Nazirliyinin "102” qaynar xəttinə məlumat verilmiş, əraziyə yanğınsöndürənlər cəlb edilmişdir. 

    Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanmışdır.

    Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülmüş, yanğın qısa zamanda lokallaşdırılmışdır.

    Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmamışdır.

    Hadisənin baş vermə  səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

    PAYLAŞ:

    Oxşar xəbərlər