Asiya.az xəbər verir ki, hadisə bu gün saat 07:25-də Sumqayıtdan Bakıya gələn Sumqayıt-Xırdalan-Bakı elektrik qatarında qeydə alınıb.
Hadisə nəticəsində piyada ölüb.
Maşinist hadisə ilə bağlı sərnişinləri məlumatlandıraraq bildirib ki, hadisəyə görə qatarın hərəkəti yubanacaq. Hazırda hadisə baş verən yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.