Asiya.az Baku.ws-ə istinadən xəbər verir ki, təmizlik işləri aparılan zaman ətqarışdırıcı qurğu qəfil işə düşüb. Hadisə dekabrın 28-də günorta saatlarında qeydə alınıb.
Bildirilib ki, hadisə baş verən zaman mərhumun yanında heç kim olmayıb. Qışqırtı səsinə işçilər gəlsə də gec olub.
Rəqsanə Pirməmmədovanın Ağsu rayonundan gələrək Lökbatanda kirayə qaldığını deyilir. Ekspertizadan sonra onun meyiti dəfn olunmaq üçün rayona aparılıb. Mərhumun iki övladı qalıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.