Masallıda “Qorxu bilməyən qəhrəmanlardan olmaq üçün polisdə xidmətə başla” mövzusunda maarifləndirici tədbir keçirilib

Masallıda “Qorxu bilməyən qəhrəmanlardan olmaq üçün polisdə xidmətə başla” mövzusunda maarifləndirici tədbir keçirilib
  • Masallı / Sosial

  • Azərbaycan Respublikasının DİN-in və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Masallı Gənclər Evi” SXM-nin inzibati binasında “Qorxu bilməyən qəhrəmanlardan olmaq üçün polisdə xidmətə başla” mövzusunda maarifləndirici tədbir keçirilib.

     

    Asiya.az xəbər verir ki, 08 fevral 2023-cü il tarixində keçirilən tədbirdə DİN ŞHİİ-nin əməkdaşları - polis polkovniki Laçın Paşayev, polis polkovnik-leytenantı Firdovsi Nəsirov, Masallı RPŞ-nin rəisinin ŞHİÜ köməkçisi polis kapitanı İxtiyar Talıbov, “Masallı Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov, polis veteranları, Masallı təhsil sektorunun nümayəndəsi Samit İslamov, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirovməktəb şagirdləri və hərbi xidməti başa vurmuş gənclər iştirak ediblər.

     

    Tədbirdə polisin tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə, həmçinin DİN sistemində təhsilə təşviq istiqamətində zəruri məlumatlar çatdırılmaqla profilaktiki söhbətlər aparılmış, gənclərdə maraq doğuran suallar cavablandırılmış, bukletlər paylanılmaqla digər təbliğat materillarının nümayişi təşkil edilmişdir.













    PAYLAŞ:

    Oxşar xəbərlər