Masallıdan Türkiyəyə daha iki TİR yardım yola düşdü - VİDEO

Masallıdan Türkiyəyə daha iki TİR yardım yola düşdü - VİDEO
  • Masallı / Araşdırma / Sosial

  • Türkiyədə zəlzələ baş verən ilk gündən ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da yardımlaşma aksiyası başlamışdır.

    Asiya.az xəbər verir ki, aksiya çərçivəsində 6 kiçik tutumlu yük maşını ilə müxtəlif ləvazimatlar Bakı şəhərinə yola salınıb.
    Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu gün daha 2 TİR ümumi məbləği 187 min manat, içərisində 8 ton ərzaq, 1100 dəst yorğan, döşək, adyal, balış, 16000 ədədə yaxın geyim dəstləri, 3 elektrik generatorları, 32 elektrik qızdırıcıları, 1 ədəd çadır və digər ehtiyac olan ləvazimatlar Türkiyə Respublikasının Kahramanmaraş şəhərinə yola salınıb. 
    Yardımın göndərilməsində rayon əhalisi fəal iştirak etmişdir.

    Masallı rayonunda yaradılan qərargahdan AsiyaTV-yə verilən məlumata görə Türkiyə Respublikasına yardım göndərilməsi davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər