“Kinokitab” verilişi niyə bağlanıb? – AzTV-dən açıqlama

“Kinokitab” verilişi niyə bağlanıb? – AzTV-dən açıqlama
  • Mədəniyyət

  • "Mədəniyyət” kanalının "Kinokitab” verilişi hələ ötən ilin sentyabrından yayımlanmırdı və verilişin keyfiyyət baxımından müasir tələblərlə uyğunlaşmadığı da yaradıcı kollektivə izah edilib. Bu il kollektivə daha bir imkan verilsə də, reytinq toplamadığı üçün yayımının dayandırılmasına qərar verildi”.

    Asiya.az xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC məlumat verib. 

    Bildirilib ki, bunu hansısa açıqlama və paylaşımla əlaqələndirmək fikri başqa istiqamətə yönləndirməkdən, süni ajiotaj yaratmaqdan başqa bir şey deyil: "Onu da əlavə edək ki, "Kinokitab” verilişi "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin məhsulu deyil, prodakşn istehsalıdır. Verilişin ərsəyə gəlməsində də əməyi olan şəxslər "Mədəniyyət” kanalının əməkdaşları yox, kənar müəlliflərdir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər