Masallıdan olan rəssamın əsəri mükafata layiq görülüb

Masallıdan olan rəssamın əsəri mükafata layiq görülüb
  • Masallı / Mədəniyyət

  • Masallı Dövlət Rəsm Qalereyasının direktor vəzifəsini icra edən Təhmasib Məcidov Xətai Sənət Mərkəzində keçirilən “Düşün və yarat!” yaradıcılıq müsabiqəsində mükafata layiq görülüb.

    Asiya.az xəbər verir ki, rəssamın mükafata layiq görülən əsəri “Xəzərim” adlanır.

    Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş “Düşün və yarat!” adlı yaradıcılıq müsabiqəsinə ölkəmizin müxtəlif güşələrindən 1000 nəfərə yaxın iştirakçı 1500-ə qədər rəsm əsəri, gil, karton, kağız, metal parçası, plasmas və s. materiallardan hazırlanmış əşya və texnoloji sistemlər təqdim edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər