
Asiya.az report-a istinadən xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda qalib gəlib.
Bu, sərbəst güləş üzrə Azərbaycan yığmasının qitə birinciliyində 5-ci medalı olub. Daha əvvəl Maqomed-Başir Xaniyev (70 kq), İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, bu gün Fərid Cabbarov (86 kq) təsəlliverici görüşdə Moldova təmsilçisi İvan İçizliyə uduzaraq, üçüncülük şansını əldən verib.