Masallıda suötürücü kanalın açılışı oldu – VİDEO/FOTOLAR

Masallıda suötürücü kanalın açılışı oldu – VİDEO/FOTOLAR
  • Masallı / Araşdırma / Sosial

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrinin təkmilləşdirilməsi sahəsində apardığı islahatlar Masallıda da uğurla davam etdirilir.

    Asiya.az xəbər verir ki, 1964-cü ildə istifadəyə verilən, lakin 1980-ci ildə torpaq və lil qatından təmizlənməməsi səbəbilə istifadəsi dayandırılan suötürücü kanalın yenidən istifadəyə verildikdən sonra açılışı olub.

    Tədbir Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq mühafizə orqanları, idarə-müəssisə, təşkilat rəhbərləri, fəal ictimaiyyət nümayəndələri, sahibkarlar və media nümayəndələrinin iştirakı ilə baş tutub.

    Neftçala rayonunun “Muğan xolu” adlanan sahəsindən Masallı rayonunun Xırmandalı kəndi ərazisinə qədər uzanan 15 km uzunluğundakı bu kanal 43 ildən sonra qazılaraq, yenidən əhalinin və fermerlərin istifadəsinə verilib.

    Xırmandalı və qonşu Köçəkli, Həsənli, Eminli, Ərəb kəndlərinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və tütünçülük olduğundan, kanalın istifadəyə yararsız olması onlara uzun illərdir bir sıra problemlər yaradırdı.

    Viləşçay Su Anbarı İstismarı İdarəsi tərəfindən qazılan kanal 600 hektardan çox əkinəyararlı ərazinin suvarılmasını və heyvanların su ehtiyaclarını təmin edəcək.

    Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov çıxış edərək bildirmişdir ki, xüsusilə ölkə başçısının su meliorasiya, kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğı, eyni zamanda əkinçiliyin inkişafı məsələsi bizim ən vacib işimizdir.

    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Karimov çıxış edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun və rayon rəhbərliyinin göstərişi ilə digər kəndlərində də, fermerlərə və kənd sakinlərinə dəstək üçün su kanallarının qazılması sahəsində işlərin davam etdirildiyini bildirib.

    Görülmüş işlərə görə fermerlər ölkə başçısı cənab İlham Əliyevə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova, rayon rəhbəri Araz Əhmədova və xeyriyyəçi, iş adamı hacı Ramazan Mirzəyevə təşəkkürlərini bildirdilər.

    Sonda suötürücü kanalın istifadəyə verilməsi münasibəti ilə qurbanlar kəsilib, dualar edilib. 

    Qeyd edək ki, sözügedən kanalın istifadəyə verilməsi Masallı rayonunda kənd təsərrüfatına və məhsul artımına çox böyük təkan verəcəkdir.












    PAYLAŞ:

    Oxşar xəbərlər