DİN Lənkəran sakininin iddialarına cavab verdi

DİN Lənkəran sakininin iddialarına cavab verdi
  • Lənkəran / Hadisə

  • İnternet televiziyalarından birində Lənkəran rayonunun Şıxakəran kənd sakini Bəxtiyar Ramazanov və həyat yoldaşı Fəridə Ramazanovaya qarşı polis şöbəsində zor tətbiq edilməsi, onlara qarşı qanunsuz tələblərin irəli sürülməsi ilə bağlı iddiaları özündə əks etdirən Nigar Ramazanlı tərəfindən ünvanlanmış videomüraciət yayımlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən açıqlamada bildirilir ki, həmin iddialar həqiqəti əks etdirmir və heç bir əsası yoxdur.

    Belə ki, Lənkəran rayon sakini R.Kərimli 12 aprel 2023-cü il tarixində Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 2020-ci ildən etibarən müxtəlif vaxtlarda B.Ramazanov və həyat yoldaşı F.Ramazanovadan ümumilikdə 64500 manat pulu faizə götürdüyünü, 3 il ərzində onlara ümumilikdə 200 min manatdan artıq pul qaytarsa da F.Ramazanovanın əsas borc olan 64500 manat pulu qaytarmağı tələb etdiyini, bu məqsədlə ona hədə qorxu gəldiyini bildirib. R.Kərimlinin göndərdiyi pulların qəbzləri, səs yazıları və istintaqa təqdim olunmuş digər dəlillər araşdırılıb, F.Ramazanovanın 64500 manatı qarşı tərəfə sələmə verdiyi və 3 il ərzində hər ay müxtəlif məbləğlərdə pulu faiz kimi aldığı müəyyən edilib. F.Ramazanova barəsində cinayət işinin başlanılması rədd edilib, tərəflərə pul tələbləri ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilib. R.Kərimli F.Ramazanovaya 64500 manat puldan əlavə faiz kimi verdiyi 150 min manat pulun tələbi ilə bağlı mülki qaydada Lənkəran Rayon Məhkəməsinə müraciət edib, hazırda məhkəmədə həmin xüsusatla bağlı araşdırma aparılır. 

    B.Ramazanov və həyat yoldaşı F. Ramazanovaya qarşı Lənkəran ŞRPŞ-nin inzibati binasında olarkən zor tətbiq edilməsi və onlardan pul tələb edilməsi iddiaları ilə bağlı bildiririk ki, səsləndirilənlərin heç bir əsası yoxdur və həqiqəti əks etdirmir. Belə ki, B.Ramazanov şöbədə izahat verərkən səs-küy saldığı, xəbərdarlıqlara baxmayaraq nalayiq ifadələr işlətdiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsilə protokol tərtib edilərək baxılması üçün Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə B.Ramazanov 20 gün müddətində inzibati qaydada həbs edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər