Millət vəkilinin köməkçiləri şəhid valideyinlərini ziyarət etdilər - FOTOLAR

Millət vəkilinin köməkçiləri şəhid valideyinlərini ziyarət etdilər - FOTOLAR
  • Masallı / Sosial

  • Milli Məclisin deputatı Məşhur Məmmədovun tapşırığına əsasən, köməkçiləri l Qarabağ müharibəsi
    şəhidlərinin valideyinlərini ziyarət ediblər.


    Həmişə olduğu kimi, Millət vəkili Məşhur Məmmədov şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə həsasslıqla yanaşaraq diqqət və qayğı göstərməkdədir. Belə ki, 06.06.2023- cü il tarixində Millət vəkilinin köməkçiləri Əli Nağıyev, Rəmzi Şahverdiyev və "Masallı Təhsil Fondu"nun direktoru Hüseyn Hüseynov I Qarabağ şəhidləri -
    Masallı şəhər ərazisindən Əliyev Emin Adil oğlu və Mehdiyev Yaşar Ramazan oğlu,
    - Alışanlı kəndindən Şirəliyev Racı Qafil oğlu, (I Səmədxanlı Ə/n) 
    Rəhimov Əli Fətulla oğlu, Köçəkli kəndindən ( Həsənli Ə/n) 
    - Binə Xocavar kəndindən (Banbaşı Ə/n) Nuriyev Bəşir Nuru oğlunun  valideyinlərini ziyarət etmişlər. 

    İlk növbədə şəhid valideynlərinin hər birinə Millət vəkili Məşhur Məmmədovun salamlarını çatdırmışlar. Daha sonra isə, onların qayğıları ilə
    maraqlanmışlar. 

    Qeyd edək ki, hər il şəhid valideyinlərinin, qazilərin və
    aztəminatlı ailələrin ziyarət olunması Məşhur Məmmədov tərəfindən ənənəvi olaraq həyata keçirilir. 
     
    Ziyarət olunan şəhid
    ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
    Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Millət vəkili Məşhur Məmmədova təşəkkürünü bildirmişlər.
    Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirik.





    PAYLAŞ:

    Oxşar xəbərlər