Azərbaycanda general-mayorun həbs müddəti yenidən uzadıldı

Azərbaycanda general-mayorun həbs müddəti yenidən uzadıldı
  • Sosial

  • Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddəti yenidən uzadılıb.

    "Report”un əldə etdiyi xəbərə görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub.

    Qərara əsasən, T.Həsənovun həbs müddəti daha 2 ay artırılıb.

    Qeyd edək ki, general-mayor T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

    Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər